4 iyul 2011 12:05
XL-ın rəqibi Rumıniya çempionuna da qalib gəldi
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” klubu növbəti yoldaşlıq görüşünü keçirib. Azerisport.az xəbər verir ki, Təl-Əviv klubunun rəqibi Rumıniya çempionu “Otelul” olub.
Paytaxt təmsilçisi bu görüşdə inamlı qələbə qazanıb - 3:1. Xatırladaq ki, “Maccabi” və “Xəzər Lənkəran” arasındakı ilk oyun iyulun 14-də səfərdə, cavab görüşü isə ayın 21-də Lənkəranda baş tutacaq.
