4 iyul 2011 12:42
Əfran İsmayılovla Rauf Əliyev də Banga ilə oyuna hazırlaşır
"Qarabağ" artıq məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ilk mərhələsində səfərdə Litvanın "Banga" klubunu darmadağın edən komanda artıq paytaxtda çalışmalarını davam etdirir.
Baltikyanı ölkədən döndükdən sonra komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara bir günlük istirahət vermişdi. Artıq dünən komanda günü 2 çalışmayla bitirib. Suraxanı qəsəbə stadionunda məşqlərini edən komanda bu gün tək çalışmayla kifayətlənəcək. Yenə eyni məkanda baş tutacaq məşqin başlama saatı 18:30-a nəzərdə tutulub.
İlk oyunu zədə səbəbindən buraxan Rauf Əliyev və Əfran İsmayılovun artıq komandayla məşqlərdə iştirak etdiyini də bildirək. "Qarabağ" sabahdan etibarən məşqlərini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda keçəcək.
