4 iyul 2011 00:44
Vaqif Cavadovu ispaniyalı məşqçi çalışdıracaq
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa” klubunu bundan sonra yeni məşqçilər çalışdıracaq. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi ispaniyalı mütəxəssislər - Xulian Kalero Fernandes və Roberto Ovexero ilə anlaşıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, artıq hər iki mütəxəssislə rəsmi müqavilə də imzalanıb. Onlardan birincisi – Fernandes baş məşqçi Dmitri Çerışevin əsas köməkçisi olacaqsa, Ovexero komandanın fiziki hazırlıq üzrə məşqçisi olacaq.
Qeyd edək ki, Vaqif Cavadov bir neçə gün öncə Hollandiyanın “Twente” klubundan ayrılaraq məhz “Volqa” ilə müqavilə bağlayıb.
