5 iyul 2011 20:45

Neftçi Viktoria`ya məğlub oldu (YENİLƏNİB)

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Çexiya çempionatının qalibi "Viktoria" ilə qarşılaşıb.
 
Qarşılaşmanın böyük hissəsi qolsuz tamamlansa da, hər kəs görüşün 0:0 bitəcəyini düşündüyü anda səhnəyə çıxan rəqib oyunçu cərimə zərbəsini dəqiq yerinə yetirməklə "Viktoria"a qələbə qazandırıb. Beləcə, "Neftçi" yeni mövsümdə ilk məğlubiyyətini Çexiya çempionundan almış oldu.
 
Qeyd edək ki, bu "Neftçi"nin mövsümlərarası fasilədə dördüncü yoxlama oyunuydu. Türkiyə toplanışı zamanı Ukraynanın "Metallurg" (Zaporojye) klubunu 3:0 hesabı ilə yenən "Neftçi" Avsitriyada Albaniya çempionu "Skenderbeu" ilə heç-heçə oynamışdı - 1:1. Rumıniya çempionatının gümüş mükafatçısı "Timişoara" ilə qarşılaşma isə Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Yoldaşlıq oyunu
5 iyul
 
Neftçi – Viktoria - 0:1 (0:0)
 
"Neftçi": Saşa Stamenkoviç, Rail Məlikov (k) (Ruslan Əmircanov, 10), Denis Silva, İqor Mitreski, Alessandro Viana da Silva (Tərlan Quliyev, 61), Ruslan Abışov (Elmar Baxşiyev, 72), Slavço Georgievski, Rodriqinyo (Mirhüseyn Seyidov, 64), Rəşad Abdullayev (Cavid İmamverdiyev, 58), Flavinyo (Cavid Hüseynov, 53), Emil Mpenza (Bahodir Nasimov, 53).
 
Oyun başladı
1. "Viktoria"nın futbolçusunun uzaq məsafədən qüvvətli zərbəsinin qarşısını Saşa Stamenkoviç çətinliklə alır
5. Ruslan Abışovun cərimə zərbəsindən vurduğu zərbənin qarşısını rəqib qolkiper çətinliklə alır
12. Rəşad Abdullayevin sağ cinahdan zərbəsi təhlükəli alınsa da, qapıçı topu tutur
17. Flavinyo iki futbolçudan sıyrılıb, gözəl zərbə endirsə də, top qapının üstündən keçir
20. Mpenza Əmircanova gözəl ötürmə verdi. Lakin Ruslanın zərbəsindən sonra top qapı dirəyinin lap yanından keçir
40. Mübarizə əsasən meydanın mərkəzində davam edir
42. Mpenzanın yerinə yetirdiyi təhlüklə cərimə zərbəsindən sonra top qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Stamenkoviç rəqib futbolçunun başla zərbəsindən sonra topu tutur
50. "Viktoriya" ikinci hissəyə hücumlarla başlayıb. "Neftçi"nin serb qolkiperi daha bir dəfə komandasını qoldan xilas edir
68. Oyun qarşılıqlı mübarizə şəraitində keçsə də, təhlükəli vəziyyətlər qeydə alınmır
73. Elmar Baxşiyev oyuna girər-girməz qapıya zərbə endirdi. Lakin qolkiper topu tutur
80. İmamverdiyevin zərbəsi təhlükəli alınsa da, qeyri-dəqiq olur
89. "Viktoriya"nın oyunçusu cərimə zərbəsindən sonra hesabı açdı - 0:1
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.