5 iyul 2011 00:56
Minsk`ə AZAL ilə oyun öncəsi ağır zərbə
UEFA Avropa Liqasında Azərbaycanın AZAL klubunun rəqibi olan “Minsk” Belarus çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu doğma meydanda “Şaxtyor”la qarşılaşıb.
Lakin hesabat turu “təyyarəçilər”in rəqibi üçün uğursuz başa çatıb. Belə ki, qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 64-cü dəqiqəsində Sokol vurub.
Soliqorsk təmsilçisi bu nəticə sayəsində ikinci pillədəki mövqeyini möhkəmləndirib. “Minsk” isə 21 xalla “Torpedo” və “Neman”la birgə 5-7-ci yerləri bölüşür.
Qeyd edək ki, “Minsk”lə AZAL arasında Bakıda baş tutan ilk oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi. Bu komandalar arasında cavab görüşü isə iyulun 7-də Minskdə keçiriləcək.
