5 iyul 2011 13:14
Vaqif Cavadovun keçidi Volqa`ya düşərli oldu (FOTO)
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Rusiyanın “Volqa” klubuna keçidi yeni komandası üçün düşərli olub. Azerisport.az xəbər verir ki, həmyerlimiz Nijni-Novqorod klubunda yeni avtobusda gəzəcək.
Belə ki, bu gün “Volqa”ya Almaniya istehsalı olan “Setra” markalı yeni avtobus hədiyyə olunub. Bunu isə sözügedən vilayətin qubernatoru olan Valeri Şançev hədiyyə edib.
O, komandanın ötən mövsümkü çıxışının müqabilində belə bir hədiyyə söz veribmiş. Sözünü isə məhz bu gün tutub və “Volqa” futbolçularına daha rahat və yeni avtobus alıb.
