5 iyul 2011 13:25
XL yeni transferləri ilə müqavilələri pozdu
Avstriyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" iki futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, hər iki futbolçu yeni transferlərdi.
Belə ki, "Xəzər Lənkəran" yeni müqavilə imzaladığı və "Maccabi" ilə oyun üçün iştirak ərizəsinə daxil etdiyi nigeriyalı hücumçu Tosun Dosunmu və rumın qapıçı Emilian Dolha ilə müqavilələri ləğv edib. Buna səbəb kimi oyunçuların səviyyəsinin baş məşqçi Mirça Redniki narazı salması göstərilir. Dolhanın yerinə komandaya yeni qapıçının dəvət olunacağı deyilir.
Əvəzində Avstriyada təlim-məşq toplanışında iştirak etməyən və Rumıniyada fərdi məşqlərlə kifayətlənən Adrian Pitin geri qayıdacağı məlum olub. Son iki gündə Pitin menecerləri ilə aparılan danışıqların müsbət nəticə verdiyi bildirilir. (12-ci oyunçu)
