5 iyul 2011 14:01
Uruqvay da Argentina və Braziliyanın aqibətini yaşadı
Argentinada keçirilən Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub.
Gecənin ilk oyununda Uruqvay Peru ilə qarşılaşıb. Turnirin favoritlərindən olan Uruqvay digər iddialılar - Argentina və Braziliya kimi ilk oyununda xal itkisi ilə üzləşib - 1:1. Bu, turnirin sayca 4-cü heç-heçəsi olub.
Gecənin digər oyununda Çili Meksika üzərində əzmkar qələbə qazanıb. Meksika 41-ci dəqiqədə hesabı açsa da, 67 və 73-cü dəqiqələrdə iki qol vuran Çili 3 xalı aktivinə yazıb.
Amerika Kuboku
C qrupu
1-ci tur
5 iyul
Uruqvay - Peru 1:1
Qollar: Luis Suares, 45 - Joze Paolo Querrero, 24.
Çili - Meksika 2:1
Qollar: Esteban Paredes, 67. Arturo Vidal, 73 - Nestor Arauxo, 41.
