5 iyul 2011 13:44
Jaba və Adnan Bərəkət Bakı`yla birgə məşq edir
“Bakı”nın bu yay yollarını ayırmağa qərar verdiyi iki futbolçusunun – Jaba və Adnan Bərəkətin aqibəti hələ də qaranlıq qalır. Azerisport.az xəbər verir ki, paytaxt klubu onların xidmətində maraqlı olmasa da, müqaviləni birtərəfli qaydada poza da bilmir.
Məsələ burasındadı ki, belə olan halda həm braziliyalı hücumçuya, həm də hollandiyalı yarımmüdafiəçiyə təzminat ödəmək lazım gələcək. Çünki hər iki oyunçunun klubla müqaviləsinin başa çatmasına hələ bir il qalır.
Bu üzdən də hazırda anlaşılmazlıq davam edir. Baş məşqçi Aleksandr Starkov bu iki oyunçuya ehtiyac duymadığından heç komandanın Sloveniya toplanışına da aparmayıb. Futbolçular isə nə özlərinə yeni klub tapa, nə də bakılılardan təzminat ala bilir. Bu üzdən də hazırda həm Jaba, həm də Adnan Bərəkət “zolaqlılar”ın əvəzedici komandasıyla məşq edir və gələcək aqibətini gözləyir.
