5 iyul 2011 14:44

Qurban Qurbanov: Komanda ilk oyunu unudub meydana çıxmalıdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasının “Banga” ilə oyun öncəsi son durumundan danışıb.

- Mövsümün ilk oyununu – “Banga” ilə matçı ideal hesab etmək olar?
- Xeyr. Nə qədər qəribə səslənsə də, bizdə heç də hər şey alınmadı. Çatışmazlıqlar var idi. Biz hələ o səviyyədə deyilik ki, 90 dəqiqə istədiyimiz kimi futbol sərgiləyə bilək. Mövsümün hazırlıqlarına yenicə başlamışıq. Bu qarşılaşmaua isə oyun təcrübəsi olmadan çıxmışdıq.
 
- AZAL ilə müqayisədə oyun təcrübəsi baxımından çatışmazlıq sizdə elə də gözə dəymirdi. Qısa müddət ərzində buna necə nail ola bildiniz?
- Uşaqlar artıq uzun müddətdi bir yerdə çıxış edirlər. Hamısı bir-birini yaxşı başa düşürlər. Bunun sayəsində iki ildi avrokuboklarda uğurlu çıxış edirik. Belə olan halda komandaya hazırlaşmaq da asan olur.
 
- Səfərdə qazanılan 4:0 hesablı qələbədən sonra komandanı ev oyununa kökləmək çətin olmayacaq ki?
- Hər şeyə rəğmən, biz cavab matçına da ciddi hazırlaşırıq. Azarkeşlər gəlib yaxşı oyun və nəticə görmək istəyirlər. Bu, avrokuboklardı, hər şey ola bilər. Hazır olmaq lazımdı. Əlbəttə, bizim şanslarımız çox yüksəkdi. Amma komandamız ilk oyunun nəticəsini unudub meydana çıxmalıdı.

- Nəticə sizin üçün prinsipialdı, yoxsa heç-heçə də sizi qane dəcək?
- Qələbəyə oynayacağıq. “Banga”ya qarşı əsas heyət oynayacaq. Bu oyunda bizim üçün nəticə vacibdi.

- 4 qoldan artıq vurmağa çalışacaqsız?
- Bu haqda düşünmürük. Əsas odu ki, ilk mərhələni adlayaq. Əlbəttə, böyük hesabla qələbə qazanmaq xoş olardı. Amma rekord haqda düşünmürük.

- Mümkündü ki, növbəti mərhələ üçün yeni futbolçu alasız?
- Biz demək olar ki, transfer siyasətimizi başa vurmuşuq. Əgər zədə və ya başqa hansısa səbəbdən ciddi ehtiyac duymasaq, yeni oyunçu transfer etməyəcəyik. Yerli oyunçulara güvənməyə davam edirik. Bəxtiyat Soltanovla kifayətlənmək istəyirik.
 
- Yeri gəlmişkən, o, necə təsir bağışladı?
- Onu son 15 dəqiqədə meydana buraxdım. Bütövlükdə, çıxışı məni qane etdi. Qol vurdu. Amma bu, o demək deyil ki, artıq özünü göstərdi. Onun hələ bunun üçün vaxtı olacaq. Əsas odu ki, potensialı var, oynamaq istəyir.

- Uğurlu startdan sonra hamı sizdən böyük uğur gözləyir. Qorxmursuz ki, qrup mərhələsinə vəsiqə qazana bilməsəz, tənqid olunarsız?
- Qorxmuruq. Biz bütün bunları bir tərəfə qoyub, hər oyuna xüsusi hazırlaşmağa çalışırıq. Hətta qrup mərhələsinə vəsiqə qazana bilməsək belə, azarkeşlər bizim oyundan razı qalmalıdılar.
 
- Yəqin ki, artıq Farer adalarının “Streymur” klubu haqda informasiya toplamağa başlamısız?
- Müəyyən informasiya toplamışıq. Amma biz hələ mərhələni keçməmişik. Ona görə də bu komanda haqda sonra düşünəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.