5 iyul 2011 15:21
Şakiri Azərbaycana qayıda bilər
“Neftçi”nin üzvləri İqor Mitreski və Slavço Georgiyevskinin də şərəfini qoruduğu Makedoniya yığmasının baş məşqçi postuna namizədlərin sayı durmadan artır. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin, eləcə də “Bakı” və “Simurq”un sabiq çalışdırıcısı Qyoko Haciyevskinin əsas namizəd kimi göstərildiyi siyahıya daha beşi əlavə olunub.
Onların arasında almaniyalı mütəxəssis Klaus Auqentaller, xorvatiyalı Miroslav Blajeviç, fransalı Alen Jiress, makedoniyalı İlço Qorkioski və Artim Şakiri də var. Qeyd edək ki, sonuncu vaxtilə “Qarabağ”ın şərəfini qoruyub və baş məşqçi qismində yenidən ölkəmizə gəlmək şansına malikdi.
Xatırladaq ki, avqustun 10-da Azərbaycan və Makedoniya yığmaları arasında Bakıda yoldaşlıq oyunu keçiriləcək. Yeni baş məşqçinin kimliyi də məhz həmin dövrə kimi müəyyənləşməlidi.
