5 iyul 2011 16:21
Diniyevin İrandakı köməkçiləri müəyyənləşdi
İranın "Rah Ahan" klubuna baş məşqçi təyin olunan Şahin Diniyev köməkçilərini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, o, özü ilə yanaşı qonşu ölkəyə daha 3 mütəxəssis aparır.
İranın yüksək liqa komandasında Diniyevə Şakir Qəribov, Nazim Əliyev və Nizami Sadıqov kömək edəcək. Belə ki, Qəribov taktiki, Əliyev fiziki hazırlıq üzrə, Sadıqov isə qapıçılarla işləyən məşqçi olacaq.
Onlar iyulun 7-də İranın paytaxtı Tehrana yollanaraq "Rah Ahan"la 1 illik müqaviləyə imza atacaqlar. Daha bir köməkçi-məşqçini isə klub rəhbərliyi iranlı mütəxəssislərdən təyin edəcək.
