5 iyul 2011 17:27
Öncə Qurbanov, sonra Narbekovas
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Banga” matçı üçün oyunöncəsi proqram müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 6-da “Qarabağ” oyunöncəsi son məşqinə 20:00-da çıxacaq.
1 saatlıq çalışma media üçün açıq olacaq. Məşqdən 15 dəqiqə əvvəl - konkret olaraq 19:45-də isə komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı keçiriləcək.
“Qarabağ”ın rəqibi Litva klubunun baş məşqçisi Arminas Narbekovas isə 20:45-də media mənsublarının önünə çıxıb suallara cavab verəcək. 21:00-da isə “Banga”nın məşqi baş tutacaq.
Mətbuat konfransları oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
