5 iyul 2011 18:18
Nazim Süleymanov: AZAL Minskdə daha yaxşı oynayacaq
AZAL-ın baş məşqçisi Nazim Süleymanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə səfər oyunu öncəsi azerissport.az saytının suallarını cavablandırıb.
- İlk oyundan sonra yəqin ki, Belarus klubunu daha yaxından tanıyırsız...
- Oyundan öncəki informasiyalarımız tam fərqli idi. “Minsk”in oyunlarına baxmışdıq, bilirdik ki, yaxşı komandadı. Amma biz bu oyunda onların zəif tərəflərini də görə bildik. Sadəcə onlardan lazımı şəkildə yararlana bilmədik. Onlar cinahları çox yaxşı işlətdilər, uzun ötürmələrdən istifadə edirdilər. Elə qolu da məhz belə təşkil olunmuş hücum zamanı buraxdıq. Təəssüf ki, həmin epizodda mövqe səhvinə yol verdik. Amma mən uşaqları günahlandırmıram. Bu, futboldu. Səhvlər qaçılmazdı.
- Mümkündü ki, həmin anda qolun vurulmasına daha çox müdafiəçinin hücuma qoşulması şərait yaratdı?
- Müasir futbolda hər şey mümkündü. Futbolçular hadisələrin bu cür inkişafına hazır olmalı idilər. Meydanda rəqibin hər bir oyunçusunu nəzarətdə saxlamaq, hər top uğrunda mübarizə aparmaq lazımdı.
- Müasir futbolda hər şey mümkündü. Futbolçular hadisələrin bu cür inkişafına hazır olmalı idilər. Meydanda rəqibin hər bir oyunçusunu nəzarətdə saxlamaq, hər top uğrunda mübarizə aparmaq lazımdı.
- Siz də ilk oyunda bəxtinizin gətirmədiyini düşünürsüz?
- Əlbəttə. Rəqib qapısına yol tapmaq üçün qədər imkanımız oldu. Həm birinci, həm də ikinci hissədə. Amma hər belə epizod qol olsaydı, o da maraqlı olmazdı.
- Cavab oyunu üçün əsas məqsədiniz?
- İndi bizə mütləq iki qol vurmaq lazımdı. Biz hələ ilk oyunda qol vurub, buraxmamaq barədə düşünürdük. Amma öz qapımızın toxunulmazlığını qoruya bilmədik. Bu dəfə isə uğur qazanmaq üçün mütləq mümkün qədər çox qol vurmalıyıq.

- Siz ilk oyundan sonra demişdiniz ki, “Minsk” Azərbaycan Premyer Liqasında ilk altılığa düşə bilməz. Bu isə rəqib düşərgədə qəzəb doğurub...
- Nə olsun ki? Bizim çempionatda “Qəbələ”, “Gəncə”, “Muğan” kimi komandalar ilk altılığa düşə bilmədi. Məgər onlar pis komandalardı? Hər bir kəsin fikrinə hörmətlə yanaşmaq lazımdı. Mənim fikrim belədi və üstündə də dururam.
- Oyun təcrübəsinin azlığı ilk oyunda olduğu kimi, cavab matçında da sözünü deyə bilər?
- Əlbəttə. Təəssüf ki, biz güclü rəqiblərlə qarşılaşa bilmədik. Əgər elə bir sınaq matçı keçirsəydik, bəlkə də “Minsk”lə ilk oyunda daha yaxşı nəticə qazanardıq. Görünürdü ki, xətlər arası əlaqə elə də yaxşı deyil. Amma cavab matçında daha yaxşı oynayacağımızı düşünürəm. Nəticənin də xeyrimizə olacağına inanıram.

- Minskdəki oyundan nə gözləyirsiz?
- Təbii ki, bizim gözləntimiz müsbət nəticədi. Başqa cür ola da bilməz.
- Təbii ki, bizim gözləntimiz müsbət nəticədi. Başqa cür ola da bilməz.
- Sizcə, bunun üçün şans var?
- Şəxsən mən şansların yenə də əllinin əlliyə olduğunu düşünürəm. Hər halda biz həm özümüzü, həm sizləri, həm də azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Şəxsən mən şansların yenə də əllinin əlliyə olduğunu düşünürəm. Hər halda biz həm özümüzü, həm sizləri, həm də azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.