5 iyul 2011 18:27
Adrian Pit XL azarkeşlərini sevindirdi
“Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pit nəhayət ki, cənublu azarkeşləri sevindirib. Azerisport.az xəbər verir ki, komandasının Avstriya toplanışına qoşulmayan və Avropa Liqasının İsrail “Maccabi”si ilə oyunlarına hazırlıqda iştirak etmək əvəzində evdə fərdi məşqlərlə kifayətlənən “Roma”nın sabiq yarımmüdafiəçisi nəhayət ki, qərarını verib.
“Xəzər Lənkəran”ın düşərgəsinə gec qoşulmaqla ayrılıq siqnalları verən futbolçu cənub klubunda qalmağa üstünlük verib. Onun meneceri ilə aparılan danışıqlar müsbət bəhrə verib. Nəticədə futbolçu vətənindəki istirahətini başa vuraraq, gec də olsa, Azərbaycan kubokunun qalibinin düşərgəsinə qoşulub.
Onunla yaxın günlərdə yeni müqavilənin imzalanması gözlənilir.
