5 iyul 2011 18:38
“Mirça Rednik mənə çox nadir hallarda şans verirdi”
“İnter”in yeni futbolçusu Ruslan Poladov paytaxt klubuna keçidindən,hazırlıq prosesisin gedişindən, və komandadakı rəqabətdən danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Ruslan, "İnter"ə keçidin necə rəsmiləşdi?
- Bu keçid hələ ötən mövsümün əvvəlində gözlənilirdi. Lakin sonda mən "Xəzər Lənkəran" klubunda qaldım. Mövsüm başa çatandan sonra "İnter"dən yenə təklif gəldi və mən onu məmnuniyyətlə qəbul etdim. Çox istəyirdim ki, məhz bu klubda çıxış edim.
- "Xəzər Lənkaran"da 3 ildən çox vaxt keçirdin. Amma ötən mövsüm sənin üçün heç də uğurlu alınmadı...
- Birinci dövrədə demək olar ki, hər oyunda meydana çıxdım. Lakin 2011-ci ilin əvvəlində Antalyada keçirilən təlim-məşq toplanışında zədə aldım. Bundan sonra yaşıl meydandan kənarda qaldım. Bərpa olandan sonra isə məşqçi mənə çox nadir hallarda şans verirdi.
- Artıq "İnter"in sıralarında Türkiyədəki toplanışda iştirak edirsən. Hazırlıq prosesi barədə sənin fikirlərini öyrənmək istərdik.
- Hazırlıq çox yaxşı keçir. Futbolçular verilən tapşırıqları həvəslə yerinə yetirir. Komandada yaxşı atmosfer var.
- Növbəti mövsümdən nə gözləyirsən?
- Ancaq uğur gözləyirəm. Bu klubda hər zaman yüksək pilləllər haqqında düşünürlər. Bizi çətin iki turnir gözləyir -çempionat və kubok. Biz də öz növbəmizdə bu yarışlarda maksimum nəticə qazanmağa çalışarıq.
- “İnter”də rəqabətdən çəkinmirsən ki?
- Yox, əksinə. Mən rəqabətdən heç vaxt qorxmamışam. Futbolda sağlam rəqabət artıma təkan verir. Klubda bu rəqabətin olması birbaşa oyunçular və ümümiyyətlə komanda üçün yaxşıdı. Bu proses ancaq inkişafa gətirib çıxarır.
- Yox, əksinə. Mən rəqabətdən heç vaxt qorxmamışam. Futbolda sağlam rəqabət artıma təkan verir. Klubda bu rəqabətin olması birbaşa oyunçular və ümümiyyətlə komanda üçün yaxşıdı. Bu proses ancaq inkişafa gətirib çıxarır.
