5 iyul 2011 11:28

Andryus Lipskis: Qarabağ`la oyunda dizimiz əsirdi

Litvanın “Banga” klubunun vitse-kapitanı Andryus Lipskis Avropa Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablayıb.
 
- Bakıya hansı hisslərlə yollanırsız?
- Necə ola bilər ki? İlk oyunda 0:4 hesabı ilə məğlub olmuşuq. Bakıya da məhz bu hesabla gəlirik. Biz futbol oynamaq istəyirik.
 
- Litva çempionatının son turunda siz “Suduva”ya səfərdə qalib gəldiniz (1:0). “Qarabağ”a yenilgini deyəsən unuda bilmisiz...
- “Qarabağ”la oyundan sonra “Suduva” ilə matça çox yaxşı kökləndik və qələbə qazana bildik. Görünür məhz həmin yenilginin təsiri özünü bu şəkildə biruzə verdi.
 
- Ümumiyyətlə, Qarqjdaydakı matçı necə dəyərləndirərdiz?
- Çoz ağır. Evdə 4 qol buraxmaq həddən artıq çoxdu. Amma onu da qeyd etmək lazımdı ki, vurulan qollardan üçü çox gözəl alındı. Xüsusilə də ikinci. Rəqibimiz çox xoşuma gəldi. “Qarabağ” “Barcelona” kimi oynayırdı.
 
- Səviyyə fərqi böyük idi?
- Əlbəttə. Elə nəticə də bu komandaların gücündən xəbər verir. “Qarabağ” çox güclü komandadı. Əgər oyuna baxmısızsa, mənim nəsə deməyim artıqdı. Həm də axı biz klub tarixində ilk dəfə avrokuboklarda mübarizə aparmaq hüququ qazanmışdıq. Çox həyəcanlı idik.
 
- Düzdü ki, “Banga”nın oyunçularının dizləri əsirmiş?
- Bu, həqiqətən belə idi. Bizim avrokuboklar təcrübəmiz yox idi.

- “Qarabağ”la oyunun fraqmentlərinə neçə dəfə baxmısız?
- Sadəcə bir dəfə. Daha çox baxıb, pis olmaq istəmirəm. İstənilən halda xoş hisslər deyil. Həm də o oyunu tez unudaraq, “Suduva” ilə matça köklənməliydik. Deyə bilərəm ki, indi komandada hər şey qaydasındadı.

- “Qarabağ” “Banga” üçün yaxşı təcrübədi?
- Hətta çox yaxşı təcrübədi. Bu, həqiqətən belədi.

- Rəqibin oyununda daha çox nəyi vurğulamaq istərdiniz?
- Yarımmüdafiə xətti mənim xoşuma gəldi. Xüsusilə kapitan (Rəşad Sadiqov – azerisport.az). O, meydanda necə hərəkət edirdi! Çox təcrübəli futbolçudu. Gürcü futbolçunu (Georgi Adamiya – azerisport.az)  da xüsusi qeyd edərdim. Və, təbii ki, Vüqar Nadirovu. İşin yarısı elə onun qollarından ibarət oldu.

- Cavab görüşü üçün qarşınıza hansı vəzifə qoyulub?
- Yaxşı oyun sərgiləmək. Matç barədə yalnız qarşıdakı günlərdə düşünəcəyik. Eşitmişik ki, çoxlu azarkeş olacaq. Mən özüm böyük publika qarşısında oynamamışam. Əminəm ki, çətin olacaq.
 
- “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilər?
- Komanda belə imkana malikdi. Amma bundan sonra Azərbaycan klubuna hansı komandaların rəqib olacağından da çox şey asılıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.