5 iyul 2011 11:36
Azərbaycanlı FİFA referisinə iki təyinat birdən gəldi
Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev iki beynəlxalq turnirin oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, o, iyulun 14-dən 18-dək Belarusun Minsk şəhərində keçiriləcək “Dostluq-2011” turnirində və iyulun 23-dən 29-dək Gürcüstanın Batumi şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.
Bundan əlavə, iyulun 21-dən 23-dək Batumi şəhərində Əfqan Həmzəyevin rəhbərliyi ilə Gürcüstanın çimərlik futbolu üzrə hakimlərinə seminar keçiriləcək.
