5 iyul 2011 16:41
Millimiz Almaniya klubu ilə yenə bacarmadı(YENİLƏNİB)
Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Almaniyanın “Baden” U-16 komandası ilə qarşılaşıb.
Oyun 4:1 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov fərqlənib.
Maraq üçün xatırladaq ki, komandamız ilk oyununda Almaniyanın “Berlin Seleksiya Region” U-16 komandasına 1:2 hesabı ilə uduzmuşdu. Növbəti – “Sachsen-Anhalt” klubunun U-16 komandası ilə qarşılaşmada isə 2:4 hesablı məğlubiyyət qeydə alınmışdı.
