5 iyul 2011 11:50
UEFA Neftçi - Dinamo matçının baş hakimini açıqladı
Azərbaycan çempionu "Neftçi"nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə iyulun 19-da keçirəcəyi cavab oyununun baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş estoniyalı referi Hannes Kaasikə tapşırılıb.
32 yaşlı hakimin köməkçiləri hələ ki məlum deyil. Qeyd edək ki, "Neftçi" – "Dinamo" oyunu saat 21:00-da başlanacaq.
Xatırladaq ki, ayın 13-də baş tutacaq Xorvatiyadakı qarşılaşmanı isə fransalı Antoni Qotye idarə edəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
