6 iyul 2011 00:15

Viktor İbekoyi: Minsk`i problemsiz keçə bilərik

AZAL-ın hücumçusu Viktor İbekoyi UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacaqları “Minsk”lə görüş öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- İlk oyundan sonrakı 5 gün necə keçdi?
- İlk oyundan sonra bərba olmaq üçün çox az vaxtımız oldu. Amma biz heç də pis hazırlıq keçməmişik. Bir neçə dəfə ilk oyuna baxmışıq. Öz səhvlərimizi araşdırmışıq. Bizə sadəcə həmin səhvləri bir daha təkrarlamamaq qalır. Eyni zamanda ələ düşən şanslarımızdan da yararlana bilsək, o zaman növbəti mərhələyə adlaya bilərik.
 
- Şanslarınızı necə dəyərləndirirsiz?
- Olduqca yaxşı. Biz bu komandanı problemsiz keçə bilərik. Təbii ki, yaxşı oyunla. Mütləq qol lazımdı. Rəqib bizdən heç nə ilə fərqlənmir. Ötən mövsümkü oyunumuzu sərgiləyə bilsək, problem olmamalıdı.
 
- Siz elə danışırsız sanki, hər şey AZAL-dan asılıdı. Bəs “Minsk” amilini nəzərə almırsız?
- Bu oyunda AZAL amili daha vacib rol oynayacaq. Çox şey məhz bizim oyunumuzdan asılı olacaq. Məhz buna görə də Minskə iki gün öncədən gəlmişik.
 
- Rəqibdən təhlükə gözləyək?
- Onlar bizi öz meydanlarında qəbul edirlər və böyük ehtimalla hücumda daha fəal olacaqlar. Biz d bütün bunları nəzərə almalıyıq. Biz qol buraxmamalıyıq. Amma qol buraxsaq da belə, qol vurmalıyıq. Özümüzə gəlmək üçün mütləq erkən qol vurmaq lazımdı.

- İlk oyunda yeganə qolu siz vurmuşdunuz. Cavab oyunu üçün hansı planlarınız var?
- Mən yenə qol vurmaq istəyirəm. Ötən həftə avrokuboklarda debüt matçıma çıxırdım. İlk oyunumda qol vurmaq çox xoş idi. Odu ki, məndən bu oyunda da qol gözləməyə dəyər. Ümid edirəm ki, vuracağım qolla ikinci təsnifat mərhələsinə vəsiqə qazanmış olacağıq.

- Növbəti mərhələyə adlaya bilməsəz, bunu faciə hesab edəcəksiz?
- Xeyr. Mən, bunu faciəyə çevirməyəcəm. Heç nə etmək olmaz. Həyat bununla bitmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.