5 iyul 2011 22:46
Bakı Neftçi`nin rəqibi ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)
Sloveniyada təlim-məşq toplanışında olan "Bakı" bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin rəqibi Xorvatiyanın "Dinamo" klubu olub.
Zaqreb təmsilçisi matça fəal başlayıb və tezliklə penalti qazanaraq hesab açıb. "Bakı"nın bir sıra qol vəziyyətləri olsa da, bundan yararlana bilməyib. Əvəzində "Dinamo" daha bir qol vuraraq inamlı qələbə qazanıb.
Qeyd edək ki, "Dinamo" həm də UEFA Çempionlar Liqasında "Neftçi"nin rəqibidi. Zaqreb təmsilçisi hələ xeyli müddət öncə razılaşdırılan bu sınaq matçından “ağ-qaralar”a görə imtina etsə də, sonradan “Bakı” təkrar danışıqlar nəticəsində oyunun baş tutmasını təmin edə bildi.
Xatırladaq ki, "Bakı" ilk sınaq matçında Sloveniyanın "Domjale" klubu ilə qarşılaşmışdı və 0:2 hesabıyla məğlub olmuşdu.
Yoldaşlıq oyunu
5 iyul
Bakı – Dinamo - 0:2 (0:1)
Qol: Krstanoviç, 18-pen (0:1), İbanes, 68 (0:2)
Oyun Sloveniyanın Dravoqrad şəhərinin eyniadlı stadionunda keçirilir. Komandalar artıq stadiondadırlar və hazırlıqlarını tamamlamaq üzrədirlər
Bu dəqiqələrdə Dravoqradda güclü yağış yağır. Meydanın vəziyyəti ürəkaçan deyil
BAKI: 1. Marko Şarliya, 5. Stevan Bates, 15. Cəmşid Məhərrəmov, 6. İbrahim Karqbo, 77. Aleksandar Soliç, 7. Rəhman Hacıyev, 10. Vyaçeslav Sofroni, 19. Nurlan Novruzov, 17. Emin Cəfərquliyev, 36. Uinston Parks, 18. Denis İvanov.
Oyun başladı
"Bakı" ilk dəqiqələrdən fəal görünür
"Dinamo"nun hücumu zamanı Şarliya komandasını qoldan xilas edir
18. "Bakı"nın müdafiəçiləri cərimə meydançasında rəqib oyunçuya qarşı qaydanı pozurlar və penaltidən dəqiq yararlanan "Dinamo" hesabda önə keçir - 0:1
"Bakı"nın cərimə zərbəsindən fərqlənmək istəyi baş tutmur. Elə ardınca həyata keçirilən künc zərbəsi də qol gətirmir
Bu dəqiqələrdə yağış daha da güclənib və bu, meydandakı oyuna da təsirsiz ötüşmür
"Dinamo" qoldan sonra da fəal olan tərəfdi və xüsusilə sol cinahla təhlükəli hücumlar qurmaqda davam edir
30. Şarliya inanılmaz epizodda komandasını qoldan xilas edir
"Dinamo"nun növbəti hücumu zamanı "Bakı"nın bəxti gətirir
"Bakı"nın hücum xətti xorvatların müdafiə xətti qarşısında çox aciz görünür
41. "Bakı" oyunda ən real qol vəziyyəti yaxalasa da, son anda rəqib oyunçu topu kornerə çıxarır
İlk yarı başa çatdı
İkinci hissə başladı
"Bakı" künc zərbəsi zamanı qola yaxın olsa da, azacıq dəqiqlik çatışmır
"Dinamo" yenə oyuna nəzarət edən tərəfdi, "Bakı" isə sadəcə əks-hücumlara bel bağlayır
62. Emin Cəfərquliyevin əvəzinə meydana Elvin Əliyev çıxır.
65. Aqil Məmmədov Mako Şarliyanı əvəzləyir.
68. İbanes "Bakı"nı ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 0:2
70. Starkov daha bir dəyişiklik edir: Vadim Borets Uinston Parksın əvəzinə oyuna daxil olur
81. Ernad Skuliç İbrahim Karqbonu, Aleksey Savinov Cəmşid Məhərrəmovu əvəzləyir
84. "Bakı" qola cox yaxın olsa da, xorvatların qapıçısı fantastik siçrayışla topu dəf edir
88. Xorvatlar üçüncü qolu vurmağa çox yaxın olsalar da, son anda futbolçularımız topu kornerə çıxarırlar
Matç başa çatdı
