5 iyul 2011 12:15
ÇL öncəsi Neftçi`də ad günü (FOTO)
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Neftçi"nİn belçikalı futbolçusu Emil Mpenzanın 33 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi ənənəyə sadiq qalaraq, bütün komanda üzvlərinin olduğu kimi, hücumçusunun da ad gününü qeyd edib.
Bu münasibətlə "Neftçi" PFK-nın rəsmilərinin, məşqçilər korpusu və fubolçularının iştirakı ilə tədbir keçirilib. Baş məşqçi Arif Əsədov və komandanın digər üzvləri Emil Mpenzanı təbrik edib, ona şəxsi həyatında və futbolçu karyerasında daha böyük uğurlar arzulayıblar.
