5 iyul 2011 00:26

Petar Zlatinov: Bütün bunlar şayiədi

“İnter”in bolqar pleymeykeri Petar Zlatinov müsahibəsində istirahətindən danışıb, Türkiyə toplanışı barədə fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Mövsümün başa çatmasından sonra şayiələr gəzdi ki, komandadan ayrılacaqsan...
- Amma mən “İnter”də qaldım. Buna görə çox şadam. Xoşdu ki, bizə ortaq məxrəcə gəlmək və yeni müqavilə imzalamaq müyəssər oldu. Mənim “İnter”dən getmək məsələm heç müzakirə olunmurdu. Bütün bunlar şayiədi. Ümid edirəm ki, bu mövsüm komanda özünü yalnız yaxşı tərəfdən göstərəcək və mütləq yüksək yerlər uğrunda mübarizə aparacaq. Mən isə öz növbəmdə “İnter”in hər oyunda qalib gəlməsi üçün əlimdən gələni etməyə çalışacağam.
 
- Amma hər mənfinin müsbət tərəfi də var. Belə ki, komanda avrokuboklara vəsiqə qazana bilmədi, ancaq bu, futbolçulara yaxşı istirahət etməyə imkan yaratdı. Bilmək istərdik, istirahətini necə keçirdin?
- Bütün ailə üzvlərinin toplaşdığı evdə dincəldim. Məzuniyyəti yaxşı keçirdim, deyim ki, son 3 ildə biz əməlli-başlı istirahət edə bilməmişdik. Bizə avrokuboklarda oynamaq mümkün olmadı, ancaq yaxşı istirahət etmək imkanı yarandı. Ümid edirəm ki, növbəti mövsümdə biz daha yaxşı çıxış edəcəyik və Avropaya düşəcəyik.
 
- Hazırlıqlar necə keçir?
- Normal. Toplanış plana uyğun keçir, bütün futbolçular məşqçilərin tapşırıqlarını ciddi-cəhdlə yerinə yetirirlər. Sevindirir ki, zədəli futbolçular yoxdu. Biz anlayırıq ki, yaxşı istirahətdən sonra yaxşı hazırlaşmaq lazımdı, axı, bu, bu mövsüm uğurlu çıxış etməyimiz üçün çox vacibdi.
 
- Bilirik ki, ailənizdə futbol oynayan çoxdu. Atan isə ailənizdə ən yaxşı futbolçu kimi məhz səni fərqləndirib...
- Mənə çox xoşdu ki, o, belə hesab edir. Hələlik mən atamdan və qardaşımdan daha çox uğur qazanmışam. Ancaq qardaşım Vladislav hələ çox gəncdi və düşünürəm ki, bütün onun uğurları hələ qarşıdadı.
 
- Karyerasını Azərbaycanda davam etdirməyi qardaşına məsləhət görərdinmi?
- Bu, taledi. Qismətdirsə, o zaman mütləq Azərbaycanda oynayacaq. Qismət deyilsə, oynamayacaq. Qardaşımın öz, mənim başqa yolum var. Səmimi qəlbdən istərdim ki, Vladislav Avropanın səviyyəli komandalarının birində çıxış etsin. İstərdim ki, onun karyerası uğurlu olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.