5 iyul 2011 12:27
Cavadov Volqa`da nömrəsini tanıdı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Rusiyanın “Volqa” klubunda hansı nömrə altında çıxış edəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Nijni-Novqorod təmsilçisində 77 nömrəli idman geyimində çıxış edəcək.
Qeyd edək ki, Vaqif adətən 7-ni seçir. Lakin “Volqa”da həmin nömrə başqasında olduğundan, millimizin hücumçusu cüt 7-ni götürməli olub.
