5 iyul 2011 12:37
Vaqif Cavadov: Bu, ən düzgün addım idi
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov müsahibəsində Rusiyanın “Volqa” klubuna keçidini şərh edib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Vaqif, siz artıq komandanın Avstriya toplanışına qoşulmusuz?
- Xeyr, hələ Bakıdayam. Bəzi məsələləri yoluna qoymalıyam.
- Siz karyeranıza CSKA-da başlamışdınız, amma komandada möhkəmlənə bilmədiniz. Niyə?
- Mən belə şərh verməzdim. Mən iki il əvəzedici komandada çıxış etdim. Amma Vaqner Lav, Karvalyo, Oliç və Jo kimi futbolçuların çıxış etdiyi əsas heyətə düşmək demək olar ki, mümkünsüz idi. Buna görə də vətənimə dönməyə qərar verdim. Hesab edirəm ki, bu, ən düzgün addım idi. Məhz bunun sayəsində Azərbaycan yığmasına qədər yüksələ bildim.

- Azərbaycan mətbuatında sizin baş məşqçi Berti Foqtsla münaqişənizdən yazmışdılar...
- Əgər mənim baş məşqçiylə aramda münaqişə olsaydı, onda mən komandanın əsas heyətində necə bu qədər oyun keçirə bilərdim. Bu, yalandı. Mən heç vaxt heç bir baş məşqçiylə münaqişəyə girməkdə maraqlı olmamışam.
- Azərbaycan millisinin heyətində həm Rusiyaya, həm də Almaniyaya qol vurmusuz. Hansı daha yaddaqalan olub?
- Onları müqayisə etmək çətindi. Rusiyaya vurduğum qol çox vacib əhəmiyyət daşıyırdı. Çünki nəticədə 1 xal qazandıq. Əlbəttə, almanların qapısına yol tapmaq da çox xoş idi. Amma onda darmadağın olduq və qol da standart vəziyyətdən sonra qapıya getdi.
- Hollandiya “Twente”sinə “Qarabağ”ın Avropa Liqasındakı oyunları sayəsində getdiniz?
- Bəli. Həmin oyunlarda baş məşqçi Stiv Maklarenin diqqətini çəkə bilmişdim.
- Bəs niyə sizə özünüzü göstərməyə imkan vermədi?
- Mən komandayla məşq edirdim. Debüt edəcəyim ərəfədə zədələndim. Əməliyyat olundum. Bərpa dövrü isə həddən artıq çox çəkdi. Həmin vaxt komanda çempion oldu, Maklaren isə klubla yollarını ayırdı. Mən sıraya qayıtdım, komandanın Avstriya toplanışında bütün yoldaşlıq oyunlarında da çıxış etdim. Amma ayağımdakı ağrılar da sözünü deyirdi. Qərara aldım ki, vətənə qayıdım. Nəticədə son mövsümü “Bakı”da keçirdim.

- “Volqa” hələlik 12-cidi...
- Komanda mövsümə yaxşı başlamışdı. Sonradan bir qədər geriləmə oldu. Amma mən inanıram ki, üst pillələrə qalxa biləcəyik. Klub hazırda öz mövqeyində deyil.
- Hansı mövqedə özünüzü daha rahat hiss edirsiz?
- Qafqaz məkəbi öz sözünü deyir. Daim topla oynamaq istəyirəm. Başla da qol vura bilirəm. Amma deməzdim ki, bu, mənim güclü tərəfimdi. “Qarabağ”da hücumun solunda çıxış edirdim. Millidə isə mərkəz forvardı kimi şans verirdilər. Hər şey baş məşqçidən asılıdı.
- Hücumçu kimi kimləri özünüzə örnək hesab edirsiz?
- Anrini. Onun topu çox sakitcə rəqib qapılarına göndərməsini çox bəyənirəm. Həmçinin Del Pyeronu.