5 iyul 2011 01:08
Motti İvanir Maccabidə fiziki hazırlıqdan razıdı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın rəqibi olan İrailin “Maccabi” klubunun baş məşqçisi Matti İvanir komandasının hazırlıq səviyyəsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, israilli mütəxəssis Təl-Əviv təmsilçisinin durumundan razı olduğunu dilə gətirib:
“Hazırlıqlarımızı plana uyğun şəkildə davam etdiririk. Şadam ki, uşaqlar fiziki cəhətdən tam qaydasındadırlar. Bizə bu tempi saxlamaq çox vacibdi”.
“Hazırlıqlarımızı plana uyğun şəkildə davam etdiririk. Şadam ki, uşaqlar fiziki cəhətdən tam qaydasındadırlar. Bizə bu tempi saxlamaq çox vacibdi”.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Maccabi” arasındakı ilk oyun iyulun 14-də Təl-Əvivdə, cavab matçı isə ayın 21-də Lənkəranda baş tutacaq.
