5 iyul 2011 12:51
Bernard Raab rəsmən 2 il Premyer Liqa klubumuzda (FOTO)
Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün debütanı olacaq yeni yaradılan “Sumqayıt-Şəhər” klubunun baş məşqçisinin kimliyi rəsmiləşib. Azerisport.az xəbər verir ki, Sumqayıt təmsilçisi gözlənildiyi kimi almaniyalı mütəxəssis Bernard Raabla anlaşıb.
Qeyd edək ki, onların bu haqda razılığa gəldiyini xeyli öncədən xəbər vermişdik. Bu gün isə tərəflər rəsmi müqaviləyə imza atıblar. Beləliklə, Raab qarşıdakı iki mövsümdə “Sumqayıt-Şəhər”in baş məşqçisi olacaq.
Onun köməkçiləri isə Aslan Kərimovla Təbriz Həsənov olacaq. Qeyd edək ki, bu mütəxəssislər həm də Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarındakı fəaliyyətlərini davam etdirəcəklər.
