6 iyul 2011 13:35

Türkiyə futbolundakı qalmaqal səngimək bilmir

Türkiyədə danışılmış oyun qalmaqalı ilə əlaqədar aparılan araşdırmalar davam edir. Azerisport.az xəbər verir ki, həbsdə ikən halı pisləşən “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırımın halının tez-tez pisləşməsi və xəstəxanaya götürüldüyü bildirilirdi.
 
Son olaraq onun ürəyinə stend qoyulması qərara alınıb. Əməliyyat İstanbul Universitetinin Kardiologiya Xidməti tərəfindən aparılıb.
 
Yıldırımın xəstəxanaya aparıldığını öyrənən həkimləri stendin Kadıköydəki bir xəstəxanada qoyulmasını istəyiblər. Lakin Haseki xəstəxanasının həkimləri ilə polislər əməliyyatın başqa yerdə aparılmasına qarşı çıxıblar. Bu zaman həkimlər arasında sərt mübahisə yaranıb. Qeyd edək ki, Əziz Yıldırım şəkər və təzyiqi var.
 
Bu arada Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Ali Aydınlar da futbolda danışılmış oyun iddiaları ilə əlaqədar cinayət işini aparan prokurorla görüşmək üçün ədliyyə idarəsinə gəlib. O, görüşdən sonra jurnalistlərə açıqlamasında bunları deyib: “Ölkəmizi Avropa kuboklarında təmsil edəcək komandaların adlarını UEFA-ya bildirməliyik. Lakin açılan cinayət işi ilə əlaqədar vaxtımız daralır. İstintaq başa çatmadan qərar verməliyik”.
 
Futbolda danışılmış oyun iddiaları ilə əlaqədar cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilən 18 nəfərdən 7-si isə artıq həbs olunub. İstanbul Prokurorluğunda istintaqı aparan dövlət ittihamçısı Mehmet Berk və digərləri tərəfindən dindirilən şübhəlilər sorğu-sual edildikdən sonra Ağır Cəza Məhkəməsinə veriliblər. Şübhəlilərdən Abdurrahman Yakut, Olqun Peker, Haldun Şenman, Talat Əmrə Koçak, Coşkun Çalık, Hakan Karaahmet və Ömer Ülkü məhkəmədəcə həbs olunaraq Metris həbsxanasına göndərilib.
 
Qalan 11 nəfər isə sərbəst buraxılıb. Bunlar “Mersin İdman Yurdu”nun vitse-prezidenti Beşir Acar, “Giresunspor” Tərəfdar Dərnəyinin prezidenti Özden Tütüncü, baş məşqçi Levent Erişin köməkçisi Serdar Berkin, “Altay”ın idarə heyətinin sədri Erman Ertaş, menecerlər Ümit Aydın, Mahmut Güneş, “Fenerbahçe”li futbolçu Emre Belözoğlunun qohumu Volkan Bahçekapılı, “Mersin İdman Yurdu” tribuna lideri Murat Tanış, Tarık Özarslan, Özden Arslan və Abdullah Ciladı. Onlardan öncə Levent Eriş, Mehmet Yıldız, Halil Köstek və Özcan Üstüntaş sərbəst buraxılmışdı.
 
İstintaqa cəlb olunanların böyük qisminin aqibəti isə hələ də qaranlıq qalır.
 
Sonda onu da bildirək ki, “Fenerbahçe” prezidenti Əziz Yıldırım bu olaylar zamanı maraqlı bir açıqlama verib. O, sanki baş verənlərdən razıymış kimi, “yaxşı oldu, bir az dincimi alaram” – deyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.