6 iyul 2011 14:08
Maksim Medvedev: Banga`ya qarşı ikinci heyətlə oynamaq olmaz
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacaqları Litva “Banga”sı ilə Bakıdak görüş öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Cavab oyununa necə hazırlaşmısız?
- Adi qaydada məşq edirik. Cavab oyununda da qələbə qazanmaq istəyirik. Bəziləri hesab edir ki, bizim bu oyuna artıq motivasiyamız qalmayıb. Amma bu, belə deyil. “Qarabağ”ın futbolçuları dərk edir ki, evdə oynayırıq. Doğma publika önündə isə mütləq qələbə qazanmaq lazımdı. Buna görə də “Banga”nı mütləq məğlub etməliyik. Səfərdəki oyunun nəticəsini (4:0) unudub, ancaq bu görüşə köklənməliyik.

- Amma “Qarabağ” artıq cütün taleyini həll edib...
- Əlbəttə, səfərdəki 4:0 hesabı bizim mərhələ keçmək şanslarımızı yaxşılaşdırdı. Amma komandada buna görə arxayınlaşma olmamlıdı. “Banga” üzərində qələbə bizim UEFA reytinqindəki mövqeyimizə də böyük təsir göstərəcək. Hamı başa düşür ki, Azərbaycana qələbə daha çox vacibdi. Azarkeşlər də bizim qələbəmizə şahidlik etmək üçün gələcəklər. Onları sevindirməliyik.
- Növbəti darmadağını gözləyə bilərik?
- Biz sadəcə hər ələ düşən şansdan yararlanmaq haqda düşünürük. İlk oyunda olduğu kimi, cavab matçında da bu ənənəmizə sadiq qalmağa çalışacağıq.
- Rəqib haqda nə deyərdiniz?
- “Banga” gənc komandadı. İlk yunda bizə qarşı gənc uşaqlar çıxış edirdilər. Lakin nəsə etməyə çalışırdılar, təhlükəli vəziyyətlər yaradırdılar. Onlar yenə bizə problem yarada bilərlər. Biz qələbəni cibimizdə hiss edib meydana çıxsaq, başımız ağrıya bilər.
- Hamı belə hesab edir ki, ikinci təsnifat mərhələsindəki rəqibiniz - “Streymur” (Farer adalar) daha zəif komandadı...
- Mən “Streymur”un oyununu görmüşəm və dəqiq deyə bilərəm ki, zəif komanda deyil. Mətbuatda da oxumuşam ki, “Qarabağ” ilk iki mərhələni problemsiz keçəcək. Amma onlar xüsusilə evdə yaxşı oynayırlar. Buna görə də səfərdə işimiz çox çətin olacaq. Hər halda ikinci mərhələdə də layiqli çıxış edəcəyimizə inanıram. Əsas odu ki, mümkün qədər çox irəliləyək.
- Qrup mərhələsinə düşməyiniz realdı?
- “Qarabağ” buna ciddi köklənib. Amma çox şey üçüncü təsnifat mərhələsindəki oyunumuzdan asılı olacaq. O haqda düşünməyimizə isə hələ var. Çünki biz hələ heç birinci mərhələni də keçməmişik. Əlbəttə, şansımız var və bundan maksimum yararlanmağa çalışacağıq.

- Üçüncü mərhələdə güclü rəqiblə düşə bilərsiz...
- Bilirik ki, hər mərhələ adladıqca daha ciddi rəqiblərlə qarşılaşırsan. Elə təkcə Madrid “Atletico”su hamısına dəyər. Amma bizə ortabab komanda düşməsini istərdim. Hər bir rəqibə qarşı oynaya bilərik. Öz səviyyəmizə uyğun rəqiblə düşməyimiz isə daha ədalətli olardı. Hər şey püşkdən asılıdı.
- Qurban Qurbanovun “Banga”ya qarşı əvəzedici heyəti buraxması nə dərəcədə realdı?
- Mən düşünmürəm ki, bu, baş versin. “Qarabağ” əsas heyətlə oynayacaq. Fikrimcə, bu, öz xeyrimizə olacaq. Futbolçular da bir-birini daha yaxşı başa düşmüş olacaqlar. Ona görə də düşünürəm ki, ikinci heyətlə oynamaq olmaz.