6 iyul 2011 14:15
AZAL 1 dəqiqəlik sükut tələb etməyəcək
UEFA Avropa Liqasının Belarus “Minsk”i ilə AZAL arasında keçiriləcək birinci təsnifat mərhələsinin cavab görüşünün bir dəqiqəlik sükutla başlamasının mümkünlüyünü xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, paytaxt klubu UEFA-ya bu məqsədlə müraciət etməyəcək.
Qeyd edək ki, Azərbaycana məxsus nəqliyyat təyyarəsi Əfqanıstanın paytaxtı Kabildən şimalda yerləşən Pərvan əyalətində qəzaya uğrayıb. Hadisə iyulun 5-də Bakı vaxtı ilə saat 23:00-da Kurband qəzasının Siyah Gərd yaşayış məntəqəsi yaxınlığında baş verib. Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Onlardan üç və ya dördünün azərbaycanlı, qalanlarının isə özbəkistanlı olduğu haqda xəbərlər gəlməkdədi. Hadisənin məsuliyyətini isə “Taliban” terror qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.
“Minsk” – AZAL görüşü sabah Belarus paytaxtı Minskdə, “Dinamo” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
