6 iyul 2011 14:33
Pius İkediya: Minsk`i məğlub edəcəyik
AZAL-ın yarımmüdafiəçisi Pius İkediya UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah üz-üzə gələcəkləri Belarus “Minsk”i ilə oyun öncəsi şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Rəqibimiz o dərəcədə güclü komanda deyil ki, biz onların meydanında çıxış etməkdən ehtiyatlanaq. Bu komandanı keçmək olar. Biz bunu birinci oyunda həll etməliydik. Ancaq alınmadı. Bu dəfə isə onları mütləq məğlub etməliyik. Hücumda dəqiq, müdafiədə diqqətli oynasaq, onları məğlub edəcəyik”.