6 iyul 2011 14:44
“Neftçi ilə oyun öncəsi bu, bizi ancaq sevindirə bilər”
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Krunoslav Yurçiç komandasının hazırlığını dəyərləndirib. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun çalışdırıcısı zədəlilərinin olmamasından sevincini gizlətməyib:
“Çox şadam ki, hər şey plan üzrə gedir. Hazırlıqlarımızı davam etdiririk. Uşaqlar hər şeyi necə lazımdısa edirlər. Bizə ötən mövsümlə müqayisədə bir sıra ciddi dəyişikliklərə əl atmaq lazım gəldi. Tomislav Barbariçdən başqa hansısa itkimiz yoxdu. “Neftçi” ilə oyun ərəfəsində bu, bizi ancaq sevindirə bilər”.