6 iyul 2011 15:18
Yurçiç Neftçi ilə oyun öncəsi azarkeşlərdən dəstək istədi
UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Krunoslav Yurçiç zaqrebli azarkeşləri “Maksimir” stadionunu doldurmağa çağırıb. Azerisport.az xəbər verir ki, Arif Əsədovun rəqib həmkarı iyulun 13-də keçiriləcək ilk görüşdə azarkeşlərinin dəstəyinə ehtiyac duyduqlarını dilə gətirib:
"Neftçi" ilə oyunda bizim azarkeşlərə ehtiyacımız var. Bütün azarkeşlərə səslənirəm və onları stadiona dəvət edirəm. Onlar "Neftçi" ilə oyuna gələrək komandalarına dəstək olmalıdılar. Çünki "Dinamo" Xorvatiyanın böyük klublarından biridir və azarkeş dəstəyinə layiq komandadı. Təbii ki, biz də öz oyunumuzla azarkeşlərimizi yenidən stadionlara qaytarmalıyıq. Klub rəhbərliyi də azarkeşlərin rahatlığı üçün stadiona xeyli pul xərcləyib və arenada yenidənqurma işləri aparılır. "Maksimir" stadionunda adətən şimal hissə hər zaman azarkeşlərlə dolu olur. Lakin "Neftçi" ilə oyunda digər hissələr də boş qalmamalıdır. Komandanı dəstəkləmək üçün bütün arenanı doldurmaq lazımdır. Çünki, gənc futbolçuların geniş azarkeş kütləsinə ehtiyacı var”.