6 iyul 2011 15:26
Millimiz nəhayət ki, Almaniya klublarından birini yenə bildi
Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız “Mecklenburg Vorpommern” klubunun U-16 komandası ilə qarşılaşıb.
Mənsur Nəhavəndi, Budaq Nəsirov və Fəhmin Muradbəylinin vurduğu qollar sayəsində yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Maraq üçün xatırladaq ki, komandamız bu turnir çərçivəsində keçirdiyi ilk üç oyunda məğlub olmuşdu.
