6 iyul 2011 15:43
“Gözləyirdim ki, XL mənimlə müqavilənin müddətini artırar”
“Xəzər Lənkəran”ın sabiq qapıçısı Aleksandr Martyoşkin azerisport.az saytına müsahibəsində “Minsk”in uşaq futbol məktəbindəki işindən, Azərbaycanla bağlı xatirələrindən, AZAL-ın mərhələ keçmək şanslarından və Kamran Ağayevdən danışıb.
- Azərbaycanı xatırlayırsız?
- Azərbaycan haqda ancaq xoş təəssüratlarım qalıb. Nazim Süleymanov sağ olsun ki, o vaxt məni komandasına dəvət etdi. Qayıtdıqdan sonra məndən ölkəniz haqda çox soruşurdular. Mənim cavablarım isə ancaq və ancaq müsbət tonda olub. Deyirdim ki, 5-6 yaxşı komanda var ki, Rusiya Premyer Liqasında da çıxış edə bilərlər. İndi Azərbaycan futbolunun nə dərəcədə dəyişildiyini bilmirəm.

- Onda ölkəmizdə qalmaq istəmirdiz?
- İstəyirdim. Mən gözləyirdim ki, XL mənimlə müqavilənin müddətini artırar. Hətta məni komandada saxlayıb qapıçılarla işləyən məşqçi kimi çalışmağıma şərait yaradacaqlarını da deyirdilər. Amma bu, baş vermədi.

- Keçmiş komandanızın çıxışını izləyirsiz?
- Arabir internetdə izləyirəm. Həmişəki kimi komanda liderlər sırasındadı. Hərdən keçmiş komanda yoldaşlarımla zəngləşirəm də. Məsələn, Ədəhim Niftəliyevlə tez-tez əlaqə saxlayıram. Hərdən azarkeşlər də zəng edirlər, mənim işlərimlə maraqlanırlar.
- Siz AZAL-ın son məşqini izləyirsiz?
- Azərbaycan klubunun gəldiyini eşitdim, maraqlı gəldi. Həmçinin Nazim Süleymanova baş çəkmək istədim.

- AZAL-ın növbəti mərhələ şanslarını necə dəyərləndirərdiz?
- Mən ilk oyunu görməmişəm və komandanızın hansı səviyyədə olduğunu bilmirəm. İlk oyundakı nəticəyə rəğmən, hələ də şansların bərabər olduğunu düşünürəm. Mən Azərbaycanda çıxış edərkən AZAL indiki kimi belə ambisiyalı deyildi. Görürəm ki, artırıblar.

- Kimə azarkeşlik edəcəksiz?
- Əgər meydana iki ölkə yığması çıxsaydı, Belarusa azarkeşlik edərdim. Amma belə futbola azarkeşlik edəcəm (gülür).
- Sizdən sonra Kamran Ağayevin ulduzu parladı...
- O, mənin rekordumu qıra bilməyib? Buna görə o, çox əsəbləşirdi. Bir dəfə ona 15 dəqiqə çatmadı ki, mənim rekordumu təzələsin. Mən onu hələ “Turan”dan tanıyırdım. Ondakı istedadı çoxdan hiss edirdim.