6 iyul 2011 16:00
Skarlatake üçün son gün, son şans
“Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Manuel Skarlatake ilə münasibətləri bu gün tam rəsmiləşə bilər. Azerisport.az xəbər verir ki, mövsüm başa çatan kimi keçmiş klubu Buxarest “Dinamo”sunun düşərgəsinə qayıdan bu futbolçu cənub təmsilçisinə qoşulmaq istəmir.
Bu gün Skarlatake üçün “Xəzər Lənkəran”da qalmaq üçün son şansdı. Belə ki, futbolçu “ağ-yaşıllar”ın Avstriyadakı təlim-məşq toplanışınq qoşula bilər. Əks halda Skarlatakenin növbəti mövsümdən cənub klubunda çıxışı baş tutmayacaq.
