6 iyul 2011 16:16
Qarabağ`ın start heyəti müəyyənləşdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Litva “Banga”sı ilə cavab oyunu üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu sabah Bakıda keçiriləcək cavab matçına aşağıdakı heyətlə çıxacaq:
Fərhad Vəliyev, Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Georgi Adamiya, Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyev.
Fərhad Vəliyev, Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Georgi Adamiya, Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyev.
Maraq üçün xatırladaq ki, bu komandalar arasında ötən həftə Litvada baş tutan ilk görüş təmsilçimizin 4:0 hesablı qələbəsi ilə bitmişdi. Sabahkı oyun isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
