6 iyul 2011 16:43
Millinin üzvləri Almaniyada itkin düşüblər
Almaniyanın paytaxtı Berlində düzənlənən ''Discover Footbol'' adlı özəl turnirə qatılan və viza müddətləri başa çatan 12 kamerunlu və 2 toqolu qadın futbolçu itkin düşüblər. Azerisport.az xəbər verir ki, hazırda onlar Almaniya polisi tərəfindən axtarışdadılar.
Xəbərdə bildirilir ki, həmin futbolçular ötən həftə düzənlənən turnirin ardından otelə dönməyiblər. Futbolçuların baş məşqçisinin də onlarla birgə itkin düşdüyü bildirilir.
Komandanın digər üzvləri artıq Almaniyanı tərk ediblər. Qalan oyunçuların isə viza müddətləri bitdiyi üçün onlar polis tərəfindən axtarışa veriliblər. Hadisə ilə bağlı cinayət işi açılıb.
