6 iyul 2011 17:28
Vaqifin Volqa`ya keçidinin əsas səbəbkarı müəyyənləşdi
Rusiyanın “Volqa” klubunun prezidenti Aleksey Qoyxman Premyer Liqanın ilk dövrəsini dəyərləndirib, eləcə də ikinci dövrə üçün ümidlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, komandasının Avstriyadakı təlim-məşq toplanışına yollanmazdan öncə verdiyi geniş müsahibədə Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov haqda da xüsusi danışıb.
“Vaqif Cavadov seleksiyaçılarımız çoxdan göz qoyurdu. Qışda onun qiyməti bizi qətiyyən qane etmədi. Amma biz biləndə ki, Martsvaladze “Volqa”nı tərk edəcək, dərhal Cavadovla danışıqlara başladıq. Otar Krasnodara gedən günün səhəri isə biz artıq Azərbaycan yığmasının forvardı ilə müqavilə imzaladıq.
Biz hesab edirik ki, Vaqif Cavadovun Rusiya Premyer Liqasına transferi onun öz karyerası baxımından da önəmli addımdı. Bizim seleksiyaçılarımızı, məşqçilərimizi onun ayaqla yüksək səviyyəli oyunu, heç də az olmayan beynəlxalq oyun təcrübəsi cəlb edib. Üstəlik onun cavan olduğunu nəzərə alsaq, istifadə olunmayan potensialı var. Bu oğlan ciddi işlər üçün çox acdı. Bu, hazırda “Volqa”ya lazım olan hücumçudu və ümid edirəm ki, yaxın gələcəkdə o da Rusiya çempionatında Otar Martsvaladze qədər özündən söz etdirə biləcək”.