6 iyul 2011 17:42
Qəbələ`nin sabiq üzvü İngiltərə klubuna transferini dəyərləndirdi
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan yarımmüdafiəçi Alhassan Banquranın İngiltərənin aşağı divizion klubu "Forest Green Rovers"ə transfer olunduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Syera-Leoneli futbolçu "Forest Green Rovers"lə 2 illik müqavilə imzalayıb.
23 yaşlı futbolçu yenidən İngiltərəyə qayıtdığı üçün şad olduğunu və yeni komandasında ümidləri doğruldacağını bildirib: “Mənim digər İngiltərə klublarına da keçidim mümkün idi. “Charlton”, “Nots Kaunti” kimi klublardan dəvətlər vardı. Amma mən seçimimi “Forest”in lehinə etdim. Çünki bu komandanın təklifi daha konkret idi”.
Qeyd edək ki, ötən mövsüm "Qəbələ"yə transfer olunan Banqura Toni Adamsın başçılığı altında cəmi 5 oyun keçirmişdi.
