6 iyul 2011 18:36
Maccabi`nin kapitanı XL-la oyunu buraxa bilər
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın rəqibi olan İsrailin “Maccabi” (Təl-Əviv) klubu cənub təmsilçisiylə oyunda kapitanının xidmətindən yararlanmaya bilər. Azerisport.az xəbər verir ki, Qal Alberman hazırda kürəyindən aldığı zədədən əziyyət çəkir.
İsrail mətbuatının məlumatına görə, futbolçu xeyli müddətdi fərdi məşqlərlə kifayətlənir və komandayla hazırlıqlara qoşula bilmir. Yarımmüdafiəçinin “Xəzər Lənkəran”la görüşlərdə meydana çıxıb-çıxmayacağı hələ də sual altındadı.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Maccabi” arasındakı ilk görüş iyulun 14-də Təl-Əvivdə, cavab qarşılaşması isə ayın 21-də Lənkəranda baş tutacaq.
