6 iyul 2011 19:00

Türkiyə polisindən şok açıqlama

Türkiyə futboluna damğa vuran rüşvət və danışılmış oyunlarla bağlı əməliyyatların aparıldığı bir vaxtda qonşu ölkə polisi şok açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, hüquq mühafizə orqanları qardaş ölkə futbolundakı anormallıqların göründüyündən də çox olduğunu bəyan edib.
 
Məlum olub ki, bu günədək aparılan araşdırmalar zamanı 8 qeydiyyatdan keçməyən silah aşkarlanaraq götürülüb. Türkiyə futbolunda danışılmış oyunların sayı isə ən azı 19-du.
 
Bu oyunlar həm Bank Asya birinci liqa, həm də Superliqa komandaları arasında gerçəkləşib. Artıq həmin oyunların nəticəsinin öncədən razılaşdırıldığı faktlarla sübut da olunub. Lakin həmin matçların siyahısı açıqlanmır.

Bütün bunlar azmış kimi polis əksər klublarda futbolçu transferlərindən də haqsız qazanc əldə edildiyini bildirib. Bunun üçün klublar hətta xüsusi güc qüvvələri də yaradaraq, həmin hərəkətlərinin üstünü ört-basdır edirmişlər. Belə şəxslər futbolçulara hədə-qorxu gəlməklə onların alacaqlarından imtinasına da nail olublar.
 
Qeyd edək ki, istintaq hələ də davam edir və qarşıdakı günlərdə daha geniş məlumatların üzə çıxacağı istisna deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.