6 iyul 2011 19:46
Əziz Yıldırım həbsdən çıxdı
İstanbul Prokurorluğu Türkiyənin “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırım barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtını uzatmayıb. Azerisport.az xəbər verir ki, buna səbəb onun səhhətindəki problemlə əlaqədar xəstəxanada müalicə almasının zəruriliyidi.
Yıldırım xəstəxanadan çıxandan sonra sərbəst buraxılacaq və prokurorluğa gedərək ifadə verəcək.
Qeyd edək ki, Əziz Yıldırım futbolda danışılmış oyunlarla əlaqədar başladılan əməliyyat çərçivəsində həbs olunub. O, müvəqqəti təcridxanada ikən şəkər və təzyiq problemləri ilə əlaqədar xəstəxanaya aparılıb. Xəstəxanada Yıldırımın ürəyinə stend qoyulub. Səhhəti yaxşılaşmağa doğru getsə də, klub prezidenti gecəni həkim nəzarətində keçirəcək.
