6 iyul 2011 21:19
Qurban Qurbanov layiqli oyun söz verdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çəçrivəsindəki Litva “Banga”sı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında o, bunları dilə gətirib:
“Avrokuboklardakı bütün klublarımıza uğurlar arzulayıram. İstəyirəm ki, onlar heç olmasa ən azı bir mərhələ adlasınlar. Bizim “Banga” ilə görüşlərimizə gəlincə, hazırlıqlarımız çətin də olsa, davam edir. Səfərdə hər şey normal, hətta deyərdim ki, əla alındı. Amma bu, o demək deyil ki, sakitləşməliyik, arxayın olmalıyıq. Cavab oyununa da ciddi hazırlaşırıq. Layiqli oynamağa çalışacağıq”.

Qeyd edək ki, ilk oyunda komandamız 4:0 hesabıyla qələbə qazanmışdı. Sabahkı qarşılaşma isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.