6 iyul 2011 22:28

Arminas Narbekovas: Sabah Qarabağ`la tam başqa oyun olacaq

Litvanın “Banga” klubunun baş məşqçisi Arminas Narbekovas Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Qarabağ”la oyun öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az həmin mətbuat konfransından reportajla sizi də tanış edir.
 
- Sabahkı oyundan nə gözləyirsiz?
- Bu, demək olar ki, yoldaşlıq oyunudu. Çünki biz bu oyunu artıq elə Litvada uduzmuşuq. Sabah isə bizə sadəcə öz oyunumuzu göstərmək lazımdı. İlk oyundakı kimi ağır yenilgiylə üzləşmək istəmirik. Baxmayaraq ki, nəticə elə də vacib deyil.

- “Qarabağ”da nə xoşunuza gəlib?
- Görünür ki, “Qarabağ” bizdən daha güclüdü. Maraqlı, texnikalı komandadı. Arzu edirəm ki, qrup mərhələsinə vəsiqə qazansınlar.

- Rəqibdən nə öyrənə bilmisiz?
- Elə qol vurmağı. Litva çempionatındakı son oyunumzda biz də elə qol vurduq. Hansı ki, elə bir qolu bizə ilk oyunda “Qarabağ” vurmuşdu.

- Xüsusi qeyd edə biləcəyiniz hansısa oyunçu var?
- İlk oyunda sizin futbolçular komanda oyunu göstərdilər. Nəticədə də uğur qazandırlar.
 
- Klub rəhbərliyi ilk oyundakı nəticənizi necə qarşıladı?
-
Biz öz oyunumuzu göstərə bilmədik. Amma sabah tam başqa oyun olacaq.

- Litva və Azərbaycan futbolunun səviyyəsini necə müqayisə edərdiz?
- Bu, çox çətindi. “Qarabağ” bizim çempionatda birinci yeri tutardı. Maliyyə cəhətdən də çox böyük fərqlər var. Azərbaycan futbolu Litva ilə müqayisədə çox yüksəkdədi.

- Qarabağ regionu haqda nə bilirsiz?
- Biz rəqibimiz haqda hər şeyi bilirik. Hətta onun hansı bölgədən olduğunu da.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.