6 iyul 2011 22:37
Qurban Qurbanov: Keyfiyyətli oyunçu almağın əleyhinə deyilik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının İspaniya “Barcelona”sı ilə müqayisə olunmasına və yeni futbolçu almaqla bağlı planlarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən də komandamızın “Barcelona” ilə müqayisə olunması haqda eşitmişəm. Amma biz öz oyun stilimizi tapmaq istəyirik. Əlbəttə, bu yolda hansısa başqa komandaya oxşarlığımız da ola bilər.
“Mən də komandamızın “Barcelona” ilə müqayisə olunması haqda eşitmişəm. Amma biz öz oyun stilimizi tapmaq istəyirik. Əlbəttə, bu yolda hansısa başqa komandaya oxşarlığımız da ola bilər.
Yeni transferlərə ehtiyac duymuruq. Amma eyni zamanda keyfiyyətli legioner olsa, eləsini almağın da əleyhinə deyilik. Baxmayaraq ki, biz əsasən yerli futbolçulara üstünlük veririk. Yaxşı yerli futbolçular olsa, almağımız mümkündü”.
