6 iyul 2011 11:10
Çexiya çempionu Neftçiyə uğur arzuladı
"Bu gün iki güclü komandanın görüşünün şahidi olduq. Təsadüfi deyil ki, hər iki klub öz ölkəsinin çempionudur və Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcək". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə yoxlama oyunundan sonra Çexiyanın "Viktoria" klubunun baş məşqçisi Pavel Vrba deyib.
Çex mütəxəssis sözlərinə belə davam edib: "Oyun bərabər mübarizə şəraitində keçdi. Qolumuzu rəqibin baş məşqçisi meydana gənc oyunçuları buraxdıqdan sonra vurduq. Hər halda, komandamdan razı qaldım. "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulayıram".
