6 iyul 2011 11:35
Cahangir Həsənzadə: Bizi Minskdə asan gəzinti gözləmir
AZAL-ın qapıçısı Cahangir Həsənzadə komandasının Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə cavab oyununa hazırlığından və növbəti mərhələyə çıxmaq şanslarından danışıb.
- İlk oyunda bir sıra səhvlər buraxdınız. Baxmayaraq ki, kifayət qədər təcrübəniz var, belə inamsız oyun nə ilə bağlıydı?
- Deməzdim ki, inamsız idim. Həmçinin özümü xüsusi vurğulamaq da istəməzdim. Yalnız bir epizodda topa uğursuz yanaşdım. Beynəlxalq təcrübəyə gəlincə, bu, həqiqətən kifayət qədərdi. “Minsk” indiyə qədər oynadığım komandalar arasında ən təhlükəlisi deyil.
- Demək olar ki, ən zəifdi?
- Ən zəif də adlandırmaq olmaz.
- Ən zəif də adlandırmaq olmaz.
- Daha çox hansı futbolçu sizə çətinliklər yaradırdı və cavab oyununda kimdən təhlükə gözləməyə dəyər?
- Təbii ki, ən xoşagəlməz anı yaşadan qolun müəllifi oldu. Onun oyun üslubu mənim üçün anlaşılmaz idi. Gah sağda, gah solda peyda olurdu. Amma belə başqa kimisə qeyd edə bilmərəm. “Minsk”də aşkar lider yoxdu.

- Bəs ilk oyunda belə zəif oyuna nə səbəb oldu?
- Təəssüf ki, bizim bu oyuna qədər layiqli sınaqçı-rəqibimiz olmadı ki, yoxlama matçı keçirək. Üç həftəlik toplanış zamanı sadəcə 2-3 ikitərəfli oyunla kifayətləndik. Buna görə də yeni mövsümdəki debütümüz belə alındı. Bəzi futbolçularımız vardı ki, ilk dəfəydi avrokuboklarda çıxış edirdi.
- Çoxları hesab edir ki, AZAL Avroliqaya lazımi şəkildə hazırlaşmayıb...
- Mən onların fikriylə razı deyiləm. Biz bu oyunlara normal hazırlaşmışıq. İlk oyunda müsbət nəticə əldə edə bilməsək də, qarşıda hazırlığımızın nə dərəcədə keyfiyyətli olduğunu sübut etmək imkanımız var.
- 1:1 cavab oyunu öncəsi nə dərəcədə uğurlu hesabdı?
- Deməzdim ki, uğurlu nəticədi. Bizə sadəcə qələbə qazanmaq lazım idi. Özü də qol buraxmamaq şərtilə. Amma ilk oyunda qol vurmuşuqsa, bunu niyə cavab matçında da etməməliyik? Hesab edirəm ki, şanslar yenə bərabərdi.

- “Minsk”in oyunlarının statistikasına baxdıqda onların ev oyunlarında elə də uğurlu çıxış etmədiyini görürük. Bu fakt işinizə yaraya bilər?
- Qətiyyən yox. Bu, Belarus çempionatının oyunu deyil. Avrokuboklar fərqli köklənmə və yanaşma tələb edir. Belə şeylərə diqqət yetirmək lazım deyil. Bizi Minskdə asan gəzinti gözləmir. Burda əsas qol buraxmamalıyıq, qolu gec də vursaq olar. Əlbəttə, ilk yarıda qol vura bilməsək, bu, bizə çətinlik də yarada bilər. İnanıram ki, bu dəfə biz lazımi nəticəni əldə edə biləcəyik.