6 iyul 2011 11:42
XL xorvatlarla belə sülh bağladı (FOTOLAR)
Avstriya toplanışı çərçivəsində “Xəzər Lənkətan”ın Xorvatiya "Zagreb"i ilə yoxlama oyunu keçirdiyini xəbər vermişdi. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"ın məskunlaşdığı oteldən 200 km aralıda yerləşən St.Ulciş qəsəbəsinin futbol meydançasında keçirilən goruşdə hesab açılmayıb.
90 dəqiqə boyu rəqibindən üstün oyun sərgiləyən "Xəzər Lənkəran" matç ərzində 4 dəfə real qol şansı qazansa da, bu vəziyyətlərdən istifadə edə bilməyib. Komandamızın start heyeti aşağıdakı kimi olub: Kamran Ağayev(k), Elnur Allahverdiyev, Andrei Mureşan, Eder Bonfim, Marius Onofraş, Rahid Əmirquliyev, Rikardo, Julius Vobay, Joao Paulo Pinto, Borbeli Çaba.
Qeyd edək ki, məşqçilər korpusu ikinci hissədə bütün digər futbolçulara da meydana cixmaq şansı verib.
